AMALçılar

Kimlər iştirak edə bilər?!

  • Regionlarda qeydiyyatı olan 35 yaşınadək gənclər
  • Kənd təsərrüfatı sahəsində iş təcrübəsi olan, müəyyən təsərrüfat fəaliyyəti ilə məşğul olanlar
  • Ailə təsərrüfatı olan ailələrin 35 yaşınadək olan nümayəndələri
  • Şəxsi təsərrüfatı və ya icarə əsaslı təsərrüfat fəaliyyəti ilə məşğul olan 35 yaşınadək gənclər
  • Fiziki və hüquqi şəxslər tərəfindən zamini olan və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək istəyən gənclər 

 

Kimlərə üstünlük veriləcəkdir?!

  • Aqrar, iqtisadiyyat və idarəetmə sahəsi üzrə ali və peşə təhsili olan şəxslərə
  • Kənd təsərrüfatı sahəsində müəyyən fəaliyyəti olan məcburi köçkün və qaçqın ailələrin nümayəndələrinə
  • Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərə
  • Valideyn himayəsindən məhrum olmuş gənc fermerlər və fermer olmaq potensialı olan gənclərə
  • İnnovativ ideyaları olan gənclərə
  • Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və qrup şəklində müraciət edən gənclərə
  • Kənd icma qrupları, kooperativlər və birliklər şəklində müraciətlərə
  • Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki imkanları məhdud olan gənclərə
©2018 AMAL