Dəstək

Təlim:

Təlim mərhələsinə qəbul olmuş iştirakçılar üçün biznes ideyaların formalaşdırılması, innovasiyaların tədbiqi, spesifik sahə təlimləri və həmçinin biznes planların tərtibi ilə bağlı üzrə təlimlər keçiriləcəkdir. Təlim prosesinə bu sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər cəlb etməklə, həmin gənclərin biznes ideyalarının formalaşdırılmasına, həmin ideyaların reallaşdırılması üçün zəruri olan bilik və bacarıqlar aşılanacaqdır.

Eyni zamanda təlim iştirakçıları aqrar sahə üzrə həyata keçirəcəyi layihələrin xüsusiyyətinə uyğun olaraq müvafiq təlimçilər tərəfindən təlimləndiriləcək, onların bu sahədəki bilik və bacarıqları qiymətləndirilərək, hər bir layihə iştirakçısının profili müəyyənləşəcəkdir. Buna uyğun olaraq, gələcəkdə həmin gənc fermerlərin ehtiyac olduqları sahə üzrə təmənnasız olaraq məsləhətçilər təhkim olunacaqdır.

Təlimlərə müvafiq olaraq yerli kənd təsərrüfatı idarələrinin, regional aqrar elm və informasiya məsləhət mərkəzlərinin, yerli məşğulluq idarələrinin və eyni zamanda özəl peşə təlimi müəssisələrinin mütəxəssisləri də cəlb olunacaqdır.

Gələcəyin fermerlərinin formalaşması istiqamətində eyni zamanda iştirakçılarının rəqəmsal bilik və vərdişlərin aşılanması üzrə ekspertlər də təlimlərə cəlb olunacaqlar. Eyni zamanda bu sahədə yetəri qədər nailiyyət qazanmış startapların uğur formullarının tədbiq edilməsi təşkil olunacaqdır.  

Biznes ideyaların formalaşdırılması təliminə cəlb ediləcək 200 gəncə, biznes ideyaların əsaslandırılması, risklərin təhlili və qiymətləndirilməsi, tələb və təklifin müəyyənləşdirilməsi istiqamətində  təlimlər keçiriləcəkdir. Bu təlimləri müvəffəqiyyətlə keçən 150 gənc, təlim prosesinin ikinci və üçüncü mərhələsinə buraxılacaqdır.

Maliyə dəstəyi:

Layihə çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi, idarəedilməsi, monitorinqi və hesabatlılığın təmin edilməsi məqsədilə 2 il ərzində mikro kreditlərin verilməsi nəzərdə tutulmuşdur.

©2018 AMAL