Xəbərlər

AMAL Layihəsi çərçivəsində İsmayıllı rayonunda gənc fermerlərlə görüş keçirilib.

19 / 12 / 2018

AQRAR SAHƏDƏ ÖZÜNÜ SINAMAQ İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) barədə daha ətraflı məlumat vermək məqsədi ilə 19 dekabr 2018-ci il tarixdə saat 11:00-da İsmayillı rayonunun Mədəniyyət Evində İsmayillı, Oğuz və Qəbələ rayonlarında yaşayan gənclərlə görüş keçiriləcək.

20 dekabr 2018-ci il tarixdə saat 11:00-da Şamaxı rayonunda yerləşən İncəsənət mərkəzində Şamaxı, Ağsu, Qobustan rayonlarının gəncləri üçün görüş olacaq.

Görüşlərin məqsədi layihənin mahiyyəti, iştirak qaydaları, biznes planların hazırlanması barədə gəncləri məlumatlandırmaqdır.

Görüşlərə rayon və kəndlərdə yaşayan bütün gənclər, o cümlədən kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımlar və məcburi köçkün ailələrindən olan gənclər dəvət olunur. 

Tədbirlə bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək istəyənlər office@amal.gov.az e-mail ünvanına müraciət edə bilərlər.

©2018 AMAL