AMAL Nədir?

Gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə dəstək verən, onların bu sahədə bilik və bacarıqlarının artırılmasına, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəşilik metodlarla tanışlığı və innovasiya tədbiqinin stimullaşdırılmasına, müasir aqrar mühitinin yaradılmasına, eyni zamanda ilkin kapitalının formalaşdırılmasına şərait yaradan layihədir.

“AMAL” layihəsinin əsas məqsədi kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir. Layihə çərçivəsində

  • Gənc fermerlərin formalaşmasına dəstək vermək və onların gələcəyin innovativ fermerlərinə çevrilməsi üçün baza yaratmaq,
  • Aqrar sahədə yeni müasir metod, texnologiya və tədbiqlərin istifadəsi vərdişlərini aşılamaq,
  • Təbii resurslara qənaət edən və ətraf mühitə ziyan verməyən istehsala başlamaq,
  • İnnovativ metodların tədbiqi ilə rəqabətli kənd təsərrüfatı məhsullarının bazara çıxarmaq,
  • Gənc fermerləri dünyadakı aqrar trendlər barədə bilikləndirmək və müasir çağırışlara uyğunlaşmaq vərdişini formalaşdırmaq,
  • Aqrar məşğulluğun artırılması vasitəsi ilə kənd yerlərində infrastrukturun yaxşılaşdırılması,
  • Əhalinin, xüsusən gənlərin rifahının və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına töhfə verməyi planlaşdırır.

 

AMALIN TƏQDİMATI (.ppt)

©2018 AMAL